“Qadınlar sərbəst qalmaq üçün boşanır” deyən Razi Nurullayevə CAVAB – “Qeyri-insani münasibətdənsə...”

“Qadınlar sərbəst qalmaq üçün boşanır” deyən Razi Nurullayevə CAVAB – “Qeyri-insani münasibətdənsə...”

Hazırda oxunan: “Qadınlar sərbəst qalmaq üçün boşanır” deyən Razi Nurullayevə CAVAB – “Qeyri-insani münasibətdənsə...”

237921

Millət vəkili Razi Nurullayevin boşanmaların artması ilə bağlı çıxışı ciddi müzakirə yaradıb.

Deputat qadınların sərbəst qalmaq və aliment almaq üçün boşandıqlarını, ailə institutunun dağılmasına daha çox bu amilin rəvac verdiyini dilə gətirib. Onun bu fikri ictimaiyyətdə birmənalı qarşılanmayıb. Bu məsələdə qadınları günahkar sayan və hədəfə alan deputatı sərt tənqid edənlər də olub.

Maraqlıdır, doğurdanmı qadınlar sərbəst qalmaq və aliment almaq üçün boşanır?

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Bizim.Media-ya açıqlamasında deputatın bu fikri ilə razılaşmayıb. O, deyib ki, bütün boşanmaların kökündə aliment dayanmır:

“Razi Nurullayev çıxışında deyir ki, ona müraciət edənlərin neçəsini barışdırmağa çalışsa da, onlar razı olmayıblar. Təbii ki, bu istisna deyil, amma hər kəsə də şamil etmək olmaz. Hesab etmirəm ki, bunların hamısının kökündə aliment almaq məsələsi dayanır. Bu fikirlə razı deyiləm. Ola bilər ki, əri iqtisadi zorakılıq edir, qadın da heç boşanmasa da, aliment almaq tələbi qoyur. Çünki o  ailədə iqtisadi zorakılığa məruz qalır, uşaqlarının ehtiyacını ödəmək üçün aliment alır”.

“Qeyri-insani münasibətdə yaşamaqdansa azad olmaq istəyən olur...”

Mehriban Zeynalova qeyd edib ki, qeyri -insani münasibət görən qadınların əksəriyyəti azad yaşamağa üstünük verir:

“Sərbəstlik məsələsiylə də razı deyiləm. Təbii ki, istisnalar da ola bilər. Nədənsə hamı azadlığı fərqli başa düşür. Mənə elə gəlir ki, buna belə fərqli şərh vermək də düzgün deyil. Düşünmürəm ki, Razi Nurullayev o azadlıq məsələsini mənfi mənada deyib, amma istənilən halda qeyri-insanı münasibətdə yaşamaqdansa azad olmaq istəyən olur”, - deyə Mehriban Zeynalova qeyd edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO