Gəncədə doğuş zamanı qadın və körpəsi ölüb.
Bizim.Media xəbər verir ki, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyindəki Abbas Səhhət adına Xəstəxananın doğum şöbəsində qeydə alınıb.
Belə ki şəhər sakini 1984 cü il təvəllüdlü Zülfiyə Yusibova hamiləliyinin 31-ci həftəsində xəstəxanaya müraciət edib. Nəticədə doğuş zamanı ana və bətnindəki uşaq ölüb. Bu, uzun müddət uşağı olmayan qadının birinci hamiləliyi imiş.
Faktla bağlı araşdırma aparılır. (APA)
Bizim.Media