“OBA”da partlayış: İki nəfər yaralandı - VİDEO

“OBA”da partlayış: İki nəfər yaralandı - VİDEO

Hazırda oxunan: “OBA”da partlayış: İki nəfər yaralandı - VİDEO

236762

"Bu gün Binə qəsəbəsində baş verən yanğın zamanı "Oba" marketdə çalışan iki əməkdaş xəsarət alıb". 

Bizim.Media xəbər verir ki, bu barədə "Oba" marketlər şəbəkəsi məlumat yayıb. 

"Bu gün səhər saat 06:45-də "OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında partlayış baş verib. İlkin ehtimala görə, partlayışın qaz sızmasından baş verdiyi bildirilir. Hadisə nəticəsində "Oba"nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb. 

Xəsarət alanlar 45 yaşlı Kəmalə Paşa qızı Əhmədova və 38 yaşlı Şəlalə Şakir qızı Əsgərovadır. Onlardan birinin vəziyyəti ağırdır. 

Hazırda hadisənin təfərrüatı araşdırılır. Daha ətraflı məlumat veriləcək", - deyə məlumatda bildirilir. 

BakuES Telegram kanalına istinadən görüntüləri təqdim edirik:

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO