Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun təminatı ilə bağlı müzakirələr APARILDI - FOTO

Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun təminatı ilə bağlı müzakirələr APARILDI - FOTO

Hazırda oxunan: Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun təminatı ilə bağlı müzakirələr APARILDI - FOTO

236575

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin, SOCAR, “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Təmiz Şəhər” ASC, “Azərişıq” ASC, “AzərEnerji” ASC, “Tikinti İşlərinə Texniki Nəzarət Xidməti” MMC və “AS İnşaat” MMC-nin nümayəndələri iştirak ediblər.
 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində görülən işlərdən danışıb, işğaldan azad edilmiş ərazilərimizdə icra olunan məşğulluq proqramlarının mütəmadi olaraq genişləndirildiyini qeyd edib.


O, məşğulluq proqramlarının uğurlu icrasında, həmin ərazilərdə məşğulluq səviyyəsinin artırılmasında işəgötürənlərlə fəal əməkdaşlığın önəmini diqqətə çatdırıb.

Həmin ərazilərə köçürülən və köçürülməsi nəzərdə tutulan vətəndaşların məşğulluğunun təmin olunması üçün işəgötürənlərlə görülən işlərin nəticələri, bu istiqamətdə onlarla birgə görüləcək işlər, qarşıda duran vəzifələr müzakirə olunub.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO