Smartfon və internetdən müvəqqəti imtina etsək NƏ BAŞ VERƏR?

Smartfon və internetdən müvəqqəti imtina etsək NƏ BAŞ VERƏR?

Hazırda oxunan: Smartfon və internetdən müvəqqəti imtina etsək NƏ BAŞ VERƏR?

236547

ABŞ və Kanadadan olan beynəlxalq tədqiqatçılar qrupu internetdə sərf olunan vaxtın azaldılmasının beynin koqnitiv funksiyalarının yaxşılaşmasına və xoşbəxtliyin artmasına səbəb olduğunu müəyyən ediblər.

Bizim.Media xəbər veirr ki, eksperimentdə 467 nəfər iştirak edib. 

Həmin şəxslərin cihazlarında iki həftə ərzində internetə çıxışı bloklayan xüsusi proqram quraşdırılıb. Təcrübə bir ay davam edib.

Təcrübəyə daxil edilən insanlar iki qrupa bölünüb. Birinci qrupda internet ilk iki həftədə, ikinci qrupda iki həftədən artıq söndürülüb. Nəticədə rəqəmsal məkanda sərf olunan orta vaxt sutkada 314 dəqiqədən 161 dəqiqəyə qədər azaldılıb.

Təcrübənin sonunda iştirakçılar psixi sağlamlıq və subyektiv rifahda əhəmiyyətli irəliləyişlər olduğunu bildiriblər.

Alimlər müəyyən ediblər ki, təcrübə müddətində könüllülərin beyin yaşı 10 il azalıb.

Təcrübə sonunda mütəxəssislər smartfon və internetdən imtinanın müsbət dəyişikliklərəsəbəb olan bir neçə əsas amili qeyd ediblər:

Real dünyada sərf olunan vaxtın artması;

Media istehlakını azalması; 

Sosial əlaqələrin yaxşılaşdırılması; 

Özünü idarə etmə səviyyəsinin artırılması və yuxu keyfiyyətinin yaxşılaşdırılması.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO