“Son zamanlar bəzi gənclərin ictimai nəqliyyat vasitələrinin, xüsusilə avtobusların arxa hissəsindən tutaraq sürüşməsi halları müşahidə olunur. Bildiririk ki, bu cür hərəkətlər insan həyatına ciddi təhlükə yaradır və qəza halları ilə nəticələnə bilər”.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.
Qeyd olunub ki, hər bir yol hərəkəti iştirakçısı bilməlidir ki, bu cür davranışlar həm həmin şəxsin, həm də digər hərəkət iştirakçılarının həyatına təhlükə yaratmaqla yanaşı, sürücünün diqqətini yayındıraraq qəzaların baş verməsinə səbəb ola bilər:
“Eyni zmanada bu, yol hərəkəti qaydalarının pozulmasıdır. Baş DYP İdarəsi yol hərəkəti iştirakçılarından, xüsusilə valideynlərdən xahiş edir ki, övladlarını belə təhlükəli hərəkətlərdən çəkindirsinlər. Hər kəsin təhlükəsizliyi üçün yol hərəkəti qaydalarına riayət etmək mütləqdir!”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:54 / 25.02.2025
DYP-dən avtobusların arxa hissəsindən tutaraq sürüşən gənclərə XƏBƏRDARLIQ - VİDEO
Hazırda oxunan: DYP-dən avtobusların arxa hissəsindən tutaraq sürüşən gənclərə XƏBƏRDARLIQ - VİDEO
Hazırda oxunan: DYP-dən avtobusların arxa hissəsindən tutaraq sürüşən gənclərə XƏBƏRDARLIQ - VİDEO
236396
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.