Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yağışlı və qarlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
NİİM-dən Bizim.Media-ya verilən məlumata görə, xəbərdarlıqda deyilir:
"Edilən xəbərdarlıq, verilən məlumat sizi yol qəzalarından qoruya bilər! Sadəcə, diqqətli olmaq və mümkün qədər avtomobildən istifadə etməmək tövsiyə olunur.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən qarşıdakı günlərdə paytaxt ərazisində qar yağacağı, yolların buz bağlayacağı ehtimal edilir. Təbii ki, belə olan halda yol-nəqliyyat hadisələrinin baş verməsi və nəqliyyat sıxlığının yaranması qaçılmazdır.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edərək bildirir ki, ilk növbədə mümkün qədər şəxsi avtomobildən istifadə edilməsin.
Mərkəzin əməkdaşları tərəfindən 24 saat yollar nəzarətdə saxlanılacaq və sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə zərurət olduqda bəzi yollarda sürət həddi endiriləcək, məlumat-sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulacaq.
Yol-hərəkəti iştirakçılarının yollardakı vəziyyətlə bağlı məlumatlandırılması təmin ediləcək.
Qəzalar baş verdikdə, texniki nasaz avtomobillər yolda qaldıqda və digər hallarda, dərhal gücləndirilmiş iş rejimində çalışan Mərkəzin əməkdaşları yol polisi ilə birgə tədbirlər görəcək.
Sürücülərdən sürət həddinə əməl etməyi, ara məsafəsi saxlamağı və məlumatlı olmaq üçün NİİM-in sosial şəbəkə hesablarını izləməyi xahiş edirik".
Bizim.Media
![Sürücülərə MÜRACİƏT: "Mümkün qədər avtomobildən istifadə etməyin!" Sürücülərə MÜRACİƏT: "Mümkün qədər avtomobildən istifadə etməyin!"](https://bizim.media/file/articles/2025/02/18/1739880485_5305354483074722745.jpg)
- A-
- A
- A+
Cəmiyyət
16:05 / 18.02.2025
Sürücülərə MÜRACİƏT: "Mümkün qədər avtomobildən istifadə etməyin!"
Hazırda oxunan: Sürücülərə MÜRACİƏT: "Mümkün qədər avtomobildən istifadə etməyin!"
Hazırda oxunan: Sürücülərə MÜRACİƏT: "Mümkün qədər avtomobildən istifadə etməyin!"
235357
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.