Azərbaycanda qiyabi təhsil TARİXƏ qovuşur – Yalnız bu istisnalarla SAXLANILACAQ

Azərbaycanda qiyabi təhsil TARİXƏ qovuşur – Yalnız bu istisnalarla SAXLANILACAQ

Hazırda oxunan: Azərbaycanda qiyabi təhsil TARİXƏ qovuşur – Yalnız bu istisnalarla SAXLANILACAQ

235327

“Qiyabi təhsil kadr hazrlığını daha tez həyata keçirmək üçün və yaxud işləyən əhalinin təhsil almasını təmin etmək üçün nəzərdə tutulurdusa da, son dövrlər o qədər də aktual deyil. Ötən tədris ilində bir çox ali təhsil müəssisələrində qiyabi təhsil bakalavr  pilləsində ləğv olundu, ondan əvvəlki illərdə isə magistratura pilləsində ləğv edildi”.

Bu sözləri Bizim.Media - ya qiyabi təhsilin keyfiyyətindən danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib. Onun sözlərinə görə artıq bir neçə müddətdir ki, magistraturaya qiyabi təhsil üzrə tələbə qəbulu həyata keçirilmir:

“Yalnız ali təhsil müəssisələrində bəzi ixtisaslarda qiyabi təhsil var. Məsələn pedeqoji yönümlü ixtisaslarda qiyabi təhsil yoxdur, olması da mümkün deyil. Ümumiyyətlə baxsaq dünyanın əksər ölkələrində, o cümlədən bizim ölkəmizdə də qiyabi təhsil yalnız işləyən əhali üçün bəzi istisnalarda saxlanılır”.

Ekspert bəzi universitetlərdə təhsilin keyfiyyətinin bir o qədər də yüksək olmadığını təəsüflə qeyd edib:

“Ölkəmizdə 50-dən çox ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onlar içərisində barmaqla sayılası qədər, məhdud sayda universitet var ki, keyfiyyətli təhsil verə bilir. O ki, qaldı 3 aydan bir gedib təhsil alıb gəlmək, yəni qiyabi təhsil məsələsinə, bununla hansı nəticə əldə etmək olar?” - deyə ekspert vurğulayıb.”

Aygün Hüseyn, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO