Sərnişinləri ictimai nəqliyyatdan istifadə etməməyə “ÇAĞIRAN” AVTOBUSLAR – FOTOFAKT

Sərnişinləri ictimai nəqliyyatdan istifadə etməməyə “ÇAĞIRAN” AVTOBUSLAR – FOTOFAKT

Hazırda oxunan: Sərnişinləri ictimai nəqliyyatdan istifadə etməməyə “ÇAĞIRAN” AVTOBUSLAR – FOTOFAKT

234786

Bakıda fəaliyyət göstərən bəzi sərnişin avtobuslarında hələ də COVID-19-la bağlı banerlər sökülməyib. Pandemiya dövründən qalan banerlər sərnişinlərin diqqətini cəlb etməklə yanaşı, həm də bir qədər təccüb yaradır. Çünki banerlərin üzərində digər məlumatlandırıcılarla yanaşı, həm də “ictimai nəqliyyatdan istifadə etməməyə çalışın” sözləri yazılıb. Bu da bir qədər çaşqınlıq yaradır.

Üstəlik, məlumatlandırıcı banerlərin yenilənməməsi baxımından da narahatedicidir.

Qeyd edək ki, sözügedən banerləri paytaxtda fəaliyyət göstərən bir sıra avtobusların üzərində görmək mümkündür. Nümunə olaraq 67 nömrəli avtobusu misal gətirə bilərik.

Pandemiya uzun zamandır bitsə də, belə banerlərin hələ də saxlanılmasına səbəb nədir

Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, avtobuslar daşıyıcılara məxsusdur. Daşıyıcıya sözügedən banerlərin sökülməsi tövsiyə edilib.


Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO