ŞOK: Uşağını sığınacağa yerləşdirən qadın Azərbaycan Uşaqlar Birliyini təhdid edir

ŞOK: Uşağını sığınacağa yerləşdirən qadın Azərbaycan Uşaqlar Birliyini təhdid edir

Hazırda oxunan: ŞOK: Uşağını sığınacağa yerləşdirən qadın Azərbaycan Uşaqlar Birliyini təhdid edir

234300

"Yasımız düşüb və uşağı yas evinə aparmamaq üçün dayə tutmuşuq. Dayə uşağa öz evində baxıb. Ödənişini etmişik".

Bizim.Media xəbər verir ki, bunu oxu.az-a açıqlamasında uşağının qaytarılmayacağı halda sığınacağı intiharla hədələdiyi deyilən qadın söyləyib.

O bildirib ki, uşağı dayəyə tapşırıb rayona getdikdən bir neçə gün sonra dayəyə ediləcək ödənişlə bağlı problem yaranıb:

"Dayəyə bildirdim ki, ödənişlə bağlı problemi həll edəcəyəm, səbirli olun. Həmin dayə əvvəllər də uşağıma baxıb. Elə olub ki, uşağım üç gün, bir həftə yanında qalıb. Lakin bu dəfə bir həftə keçəndən sonra dedi ki, uşağı sığınacağa verəcəyəm. Dedim ki, belə etməyin, uşaq sığınacağa düşsə, onu oradan götürə bilməyəcəyəm. On gündən sonra xəbər tutdum ki, mənim uşağım sığınacaqdadır. Halbuki uşaq sığınacağa yerləşdiriləndə bizə heç bir məlumat verilməyib".

O deyib ki, uşağının sığınacaqdan götürülməsi ilə bağlı Kəmalə Ağazadənin özü ilə danışmasa da, köməkçisi ilə əlaqə saxlayıb:

"Bu zaman mənə bildirildi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməliyəm. Nazirlikdən isə bildirdilər ki, sığınacaq onların tabeliyində deyil. Mən bunu sığınacağa bildirdim, mənə dedilər ki, yanlış yerlə əlaqə saxlamışam".

"Uşaq sığınacağa veriləndən mən onlarla danışıram. Sığınacağa zəng etmişəm, uşağımı verməyiblər, intihara cəhd etmişəm. Üç ay özümdə olmamışam, müalicə almışam. Çünki uşağımı mənə vermirlər. Qolumda intihara cəhdin ləkələri hələ də qalır. Səhhətimlə bağlı problemlərim olub deyə birbaşa sığınacağa gedə bilməmişəm. Uşağımın verilməyəcəyi halda gedib sığınacağın qapısında qalmağımın mənası nədir? İndi mənim haqqımda yanlış məlumatlar paylaşılır", - deyə o bildirib. 

O deyib ki, uşağının doğum günü olacaq və istəyir ki, uşağı sığınacaqdan ona verilsin:

"İndi yenidən səhhətim düzəlib. Hətta hamiləyəm. Həm maddi, həm də psixoloji vəziyyətim qaydasındadır. Uşağımı istəyirəm".
 

Qeyd edək ki, Sığınacağa yerləşdirilən uşağın qohumları Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə hədə-qorxu gəlib, intiharla təhdid edib. Bu barədə Birliyin sədri Kəmalə Ağazadə özünün "Facebook" səhifəsində paylaşım edib.


O qeyd edib ki, təxminən, bir il öncə ana iki yaşlı övladını dayənin yanına qoyaraq gedib və onunla 28 gün ərzində əlaqə saxlamayıb. K.Ağazadənin sözlərinə görə, ona mesaj yazaraq bildiriblər ki, uşağı onlara təhvil verməsələr, ana intihar edəcək və bunda onu günahlandıracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO