Bildiyimiz kimi, 9-cu və 11-ci siniflərin buraxılış imtahanına sayılı günlər qalıb. Şagirdlər artıq imtahanla bağlı son hazırlıqlarını edib, mövzuları təkrarlamağa başlayıblar. Onlar bu prosesdə repetitorların köməyindən istifadə edirlər. Ancaq nəzərə almaq lazımdır ki, hər şagirdin repetitor yanına, kurslara getməyə imkanı olmur. Məktəbdə isə hər fənnin həmin tədris ilinə özəl dərs proqramı olduğu üçün 45 dəqiqə ərzində əvvəlki mövzuları təkrarlamağa çox da vaxtı qalmır.
MÖVZU İLƏ BAĞLI:
Bu il buraxılış imtahanları ÇƏTİN olacaq – Abituriyentlərə XƏBƏRDARLIQ
Bəs maraqlıdır ki, orta məktəblərdə buraxılış imtahanı verəcək şagirdlər üçün məşğələlər, əlavə dərslər təşkil olunur?
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bizim.Media-ya bildirilib ki, ümumtəhsil məktəblərində buraxılış imtahanlarına hazırlıq məqsədilə imtahan fənlərini tədris edən müəllimlər tərəfindən imtahana hazırlıq məşğələləri (dərsdən sonra) təşkil olunur:
“Həmin məşğələlərdə şagirdlərin əvvəllər öyrəndikləri materiallar təkrarlanır, bilmədikləri mövzular onlara yenidən izah olunur”.
Nəzrin Mirzəyeva, Bizim.Media