ENERJİ İÇKİLƏRİ - “Qanadlandırmır”, ÖLDÜRÜR! – Kardioloqdan SOS!

Hazırda oxunan: ENERJİ İÇKİLƏRİ - “Qanadlandırmır”, ÖLDÜRÜR! – Kardioloqdan SOS!

23415

Enerji içkilərinin zərərləri haqqında faktlar, məlumatlar dünyanın, eləcə də Azərbaycanın kütləvi informasiya vasitələrində dəfələrlə yayılsa da, onların istehlakı davam etməkdədir. 

Məsələn, İçveçdə 30 yaşlı Terezanın diskotekada iki banka enerji içkisi ilə spirtli içkini qarışdıraraq içməsindən sonra dərhal ürəyinin dayanması, 18 yaşlı basketbolçu Ross Kuninin 3 banka energetik içki qəbulundan sonra idman meydançasında dünyasını dəyişməsi kimi məlumatlar yayılır, enerji içkilərinin digər ölüm hallarına səbəb ola biləcəyi də istisna edimir, lakin onların istifadəsi qadağan edilmir, “qanadlandırır” xarakterli reklam çarxlarının yayımlanması davam edir.

Ölkəmizdə bu cür içkilərin xüsusilə gənclər arasında istehlakının sürətlənməsi xüsusilə narahatedici məqamdır. 

Qeyd edək ki, müxtəlif vaxtlarda enerji içkilərinin ziyanları barədə dövlət qurumlarının tövsiyyələri səslənib. Məsələn, Qida Təhlükəsizliyi Agentliyi energetik içkilərdən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların istifadə etməməsini tövsiyə edib.

Qeyd olunub ki, energetik içkilərin istehsalında istifadə olan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda insan sağlamlığına müəyyən fəsadlar törədə bilər.

Kardioloq Sara Bayramzadə isə enerji içkilərinin fəsadları barədə həyacan təbili çalıb. O Bizim.Media-ya açıqlamasında bildirib ki, "XL”, "Pitbull”, "Rox”, "Red Bull”, "Hell”, "Jaquar”, "Blue”, "Reo Line”, "Monster” və s. “qanadlandırıcı” kimi reklam olunan enerji içkiləri əslində insanı öldürür:

“Araşdırmalara görə, bir banka enerji içkisinin tərkibində 0,5 l su, 75 mq kofein, 500 mq taurin, şəkər, qlükoza, qlükoronolakton, rəngverici, aromatizator, limon duzu, duzluluğu tənzimləyən maddə, karbon 4 oksid və bəzi vitaminlər var. Bu cür içkilərin insana əlavə enerji verməsi ilə bağlı iddialar yanlışdır. Əslində içkilər insanın daxilindəki enerji ehtiyatını xərcləyir. Sonra isə bu enerji ehtiyatının xərclənməsi orqanizmdə yorğunluq, yuxusuzluq, əsəb və depressiya şəklində geri qayıdır. İçkilərin tərkibində olan aminturşular, karbon oksid, mineral və vitaminlər enerji sərfinin yalnız bir hissəsini ödəyir. Alkoqolsuz enerji içkilərində sintetik kofeinin miqdarı 320 mq/l təşkil edir ki, gündəlik istifadə üçün isə yalnız 150 mq doza icazə verilir. Başqa stimulyatorlar kimi, kofein də əsəb sisteminin gərilməsinə səbəb olur və bu təsir 3-5 saat qalır”. 

Kardioloq deyir ki, bundan başqa kofein insanda asılılıq yaradır: 

“Miqdardan artıq qəbul etdikdə isə əlavə təsirlər meydana çıxır: taxikardiya, psixoloji gərginlik və depressiya kimi hallar yarana bilər. Energetik içkiləri hazırlayan zaman orqanizmi stimulyasiya edən maddələrdən istifadə olunur. Bu maddələr orqanizmdə stimulyasiya yaradaraq ürəyin fəaliyyətini artırır, arterial təzyiqi yüksəldir. Daimi olaraq bu cür maddələrin qəbul edilməsi ürəyi yorur. Adətən enerji içkilərini çox qəbul edən şəxslərdə taxiaritmiyalar müşahidə olunur. Bu kardiomiopatiyaya qədər gətirib çıxara bilir. Bu içkilərin ziyanlı olması sübuta yetirilib, onların uzun zaman qəbulu xüsusilə təhlükəlidir”.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO