Xəbər verdiyimiz kimi, Ermənistanın paytaxı İrəvanın mərkəzində bir neçə nəfərin “Qarabağ” mahnısı oxuduğu videonu yayan Qərib Babayan ötən gün saxlanılıb. O, nifrət təbliğ etməkdə ittiham olunub. Lakin məhkəmə erməni alimin həbsi ilə bağlı vəsatəti rədd edib. Babayanın saxlanılması eyni zamanda qısamüddətli etirazlara, yolun bağlanmasına da səbəb olub.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan mahnısının oxunmasına görə İran vətəndaşı 40 yaşlı Milard Vahid saxlanılıb.
Erebuni polis şöbəsinə aparılan Vahid, Tiqran Mets prospektində ictimai asayişi kobud şəkildə pozmaqda, cəmiyyətə hörmətsizlik etməkdə, həmçinin şəhər avtobusunda nalayiq hərəkətlər etməkdə ittiham olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:54 / 02.02.2025
İrəvanda “Qarabağ” mahnısını oxuyan Vahid TUTULDU
Hazırda oxunan: İrəvanda “Qarabağ” mahnısını oxuyan Vahid TUTULDU
Hazırda oxunan: İrəvanda “Qarabağ” mahnısını oxuyan Vahid TUTULDU
232847
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.