Biləsuvarın kəndində yas mərasimləri ilə bağlı RADİKAL QƏRAR - FOTO

Biləsuvarın kəndində yas mərasimləri ilə bağlı RADİKAL QƏRAR - FOTO

Hazırda oxunan: Biləsuvarın kəndində yas mərasimləri ilə bağlı RADİKAL QƏRAR - FOTO

231993

Son illərdə Azərbaycanda yas mərasimlərinin sadələşdirilməsi təşəbbüsləri geniş müzakirələrə səbəb olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Biləsuvar rayonunun Nəsimikənd kəndində ehsan süfrələrinin tamamilə ləğv edilməsi bu istiqamətdə radikal addım kimi qiymətləndirilir.

Kənd icması bu qərarı maddi çətinlikləri azaltmaq və israfçılığın qarşısını almaq məqsədilə kollektiv şəkildə qəbul edib. Dini liderlər və ağsaqqallar da bu təşəbbüsü dəstəkləyiblər.

Kənd dindarlarının fikrincə, İslam dininin təlimlərində israfdan çəkinmək və sadəliyə üstünlük vermək tövsiyə olunduğundan, bu qərar dini baxımdan da əsaslıdır. Qeyd edilir ki, bu addım yas mərasimlərinin əsas məqsədinə – mərhumun xatirəsinin yad edilməsinə və ailəyə mənəvi dəstəyin göstərilməsinə daha çox fokuslanmağa imkan yaradır.













Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO