Qida Təhlükəsizliyi Agentliyi Sabunçu rayonu, R.Axundov küçəsində yerləşən “Moon Pub” restoranında yoxlama keçirib.
Bu barədə Bizim.Media-ya Agentlikdən məlumat verilib. Daxil olan müraciət əsasında aparılan yoxlama zamanı fiziki şəxs Əliyev Zaur İslam oğluna məxsus restoranın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texniki normativ tələblərin pozulduğu müəyyən olunub. Həmçinin ictimai iaşə müəssisəsində saxta alkoqollu içkilər aşkarlanıb.
Müayinələrin aparılması üçün nümunələr müvafiq laboratoriyaya təqdim edilib.
Araşdırmalar davam etdirilir. Faktla bağlı cavabdeh şəxs barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:07 / 23.01.2025
Bu restoranda saxta spirtli içkilər verilirmiş – FOTO
Hazırda oxunan: Bu restoranda saxta spirtli içkilər verilirmiş – FOTO
Hazırda oxunan: Bu restoranda saxta spirtli içkilər verilirmiş – FOTO
231356
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.