İrad bildirməyin sonu QANLA BİTDİ

İrad bildirməyin sonu QANLA BİTDİ

Hazırda oxunan: İrad bildirməyin sonu QANLA BİTDİ

231311

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Asim Məmmədovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Asim Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə 18 iyun 2024-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən marketlərin birinin qarşısında qeydə alınıb.

Belə ki, "Subtropik" çörək zavodunda sürücü işləmiş Asim Məmmədov idarə etdiyi "Ford Transit" avtomobili ilə yolu keçən qadına yol vermədiyi üçün zərərçəkmiş Elvin Qafarlı (soyadı şərti) ona haqlı irad tutub.

Təqsirləndirilən şəxs isə zərərçəkmişlə mübahisə edib onu nalayiq sözlərlə təhqir edib. Sonra Asim üzərində saxladığı bıçaqla Elvinə qəsdən bir dəfə zərbə endirib. Daha sonra Asim Məmmədov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO