Bakıda məhkəmə hakimi arvadını öldürüb. Hadisə təxminən 3 saat öncə paytaxtın Sabunçu rayonu, Ləhiş bağlarında baş verib.
Bizim.Media xəbər verir ki, Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədov evində ov tüfəngindən açılan atəşlə həyat yoldaşının ölümünə səbəb olub. Hadisənin ehtiyatsızlıqdan, yaxud qəsdən törədildiyi məlum deyil.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır. Məlumata görə, cütlüyün 3 övladı var.
Qeyd edək ki, 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir. (Qafqazinfo)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:06 / 31.05.2021
Azərbaycanda məhkəmə hakimi arvadını öldürdü
Hazırda oxunan: Azərbaycanda məhkəmə hakimi arvadını öldürdü
Hazırda oxunan: Azərbaycanda məhkəmə hakimi arvadını öldürdü
22944
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.