
- A-
- A
- A+
Cəmiyyət
20:39 / 05.01.2025
Ucarda yanğın: 4000 cücə tələf oldu
Hazırda oxunan: Ucarda yanğın: 4000 cücə tələf oldu
228605
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ucarda cücə sexində yanğın olub.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Cəfər Cabbarlı küçəsində qeydə alınıb.
Rayon sakini Asif Əvəz oğlu Nuruyevə məxsus ümumi sahəsi 450 kvadratmetr olan cücə sexində güclü yanğın baş verib. Yanğın zamanı 210 kvadratmetr sahə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Zərərçəkənin sözlərinə görə, 4000 cücə yanaraq tələf olub.
İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.
Fakt araşdırılır.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































