Azərbaycanda məşğul əhalinin sayı 4 milyon 898,7 min nəfərdir.
Bizim.Media xəbər verir ki, Dövlət Statistika Komitəsi may ayının 1-nə olan vəziyyəti açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Pandemiyaya görə işsiz qalanların sayı açıqlandı
Qeyd edək ki, bu ilin əvvəlinə olan göstəricilərlə müqayisədə məşğul əhalinin sayı 22,1 min nəfər çoxdur. Belə ki, yanvar ayının 1–nə olan göstəricilərə görə, ölkədə iqtisadi fəal əhalinin 4 milyon 876,6 min nəfərini məşğul əhali təşkil edib.
Xatirə, Bizim.Media