İkinci uşağı dünyaya gətirmək üçün ideal zaman NƏ VAXTDIR? – Tibbi və psixoloji FAKTORLAR

İkinci uşağı dünyaya gətirmək üçün ideal zaman NƏ VAXTDIR? – Tibbi və psixoloji FAKTORLAR

Hazırda oxunan: İkinci uşağı dünyaya gətirmək üçün ideal zaman NƏ VAXTDIR? – Tibbi və psixoloji FAKTORLAR

228000

İkinci uşağı dünyaya nə vaxt gətirmək həmişə valideynləri düşündürüb. Bu həm ilk uşağın psixoloji vəziyyəti üçün, həm də ailənin iki uşağı həm mənəvi, həm maddi olaraq necə təmin etməsi ilə əlaqəlidir. Kimisi ilk uşaqdan həmən sonra ikincini dünyaya gətirmək istəyir, kimisi də 5-10 il uşaqların arasında yaş həddi saxlayır. Təbii ki, bu ailənin öz qərarı və istəyidir. Amma tibbi və psixoloji tərəflərini müzakirə etməkdə fayda var.

İkinci uşağı nə vaxt dünyaya gətirmək olar?

Ginekoloq Rəşad Sultan Bizim.Media-ya ikinci uşağı dünyaya gətirmək üçün ginekoloji baxımdan nə qədər gözləmək lazım olduğunu danışıb:

“İlk doğuşdan 40 gün sonra zahılıq dövrü bitir, orqanizmdə bütün sistemlər, o cümlədən hormonal sistem hamiləlikdən əvvəlki vəziyyətə qayıdır, yumurta yetişməyə başlayır, uşaqlıq əvvəlki vəziyyətə qayıdır və yeni hamiləliyi qəbul etməyə hazır olur. Bunun orqanizmə bir ziyanı yoxdur. Amma qeysəriyyə olubsa, biz bilirik ki, çapıq toxumasının tam tutarlı vəziyyət alması və güvənilən olması üçün iki il gözləmək lazımdır”.

Maddi və psixoloji tərəflər

Psixoloq Gülər Məmmədova isə Bizim.Media-ya açıqlamasında məsələnin psixoloji tərəflərinə toxunub:

"İnsanlar uşağı dünyaya gətirmək üçün vacib məqamları nəzərə almırlar. Bəzi insanlar birinci uşaqdan sonra ara verirlər. Həm bədənin özünü toparlaması, həm birinci uşağın özünü dərk etməsi, həm də ananın psixoloji olaraq toparlanması üçün vaxt vermək lazımdır.
 

Valideyn birinci uşağa çox vaxt sərf edir, sonra ikinci uşaq dünyaya gələndə zamanı daha da azalır. Bütün bunları nəzərə alaraq yaxşı olardı ki, valideynlər övladı dünyaya gətirərkən uşaqların yaşının  arasındakı məsafəni tənzimləyə bilsinlər.


Bəzən düşünürlər ki, uşaqlar tez olsun, bir-birinə qarışıb böyüyəcəklər. Amma belə olduqda uşaqlara lazımi qayğını ötürə bilmirlər. “Övladları dünyaya gətirim, sonra özümə vaxt ayırım” - deyə düşünən valideynlər də təbii ki, yanlış düşüncədədirlər”.

Nuray, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO