Məlumdur ki, vitaminlər orqanizmin normal fəaliyyətinin təmin edilməsində mühüm rol oynayır.
Bəzi vitaminlərsə pəhriz və arıqlamaq üçün unikal vasitədir.
Bizim.Media xarici KİV-lərə istinadən xəbər verir ki, D, B və C vitaminləri bunun üçün ən uğurlusudur.
Maraqlıdır ki, bu siyahıya D vitamini başçılıq edir. Çünki o, orqanizmimizdə metabolik proseslərin intensivliyini tənzimləyən kişi və qadın cinsi hormonlarının sintezində iştirak edir. D vitamininin aşağı səviyyədə olması aktivliyin və əhval-ruhiyyənin aşağı düşməsinə səbəb olur.
Eyni zamanda, D vitamini iştahı artırır. Ona görə də, bu vitaminin daha çox qəbulu bəzi hallarda artıq çəki almağa səbəb ola bilər.
İkinci yerdə B vitamini gəlir. B vitamini yağ oksidləşməsinin ən vacib katalizatorlarıdır. Məşq zamanı yağ yandırma prosesini sürətləndirir, həmçinin sinir-əzələ və sinirlərarası əlaqələrin ötürülməsinə nəzarət edir. Eyni zamanda B vitaminləri yığılmır, ona görə də hər gün orqanizm bu vitaminlə təmin olunmalıdır.
Bundan əlavə, C vitamini bədəndə kollagen sintezi funksiyasını yerinə yetirir, buna görə də arıqlamaq üçün o, vacibdir.
Surxay Atakişiyev, Bizim.Media