
- A-
- A
- A+
Cəmiyyət
12:03 / 25.12.2024
Bakı və Sumqayıtda 41 minlik DƏLƏDUZLUQ – Tutulanlar var
Hazırda oxunan: Bakı və Sumqayıtda 41 minlik DƏLƏDUZLUQ – Tutulanlar var
226889
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bakı və Sumqayıtda vətəndaşlara qarşı 41 min manatdan çox dələduzluq edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, polis əməkdaşları Bakı şəhər sakini olan bir nəfərin 24 min manatını, digər şəxsin isə 12 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 42 yaşlı A.Qasımov, 48 yaşlı R.Əliyev və 50 yaşlı E.Vəliyevi müəyyən edərək saxlayıb.
Sumqayıt şəhərində isə bir nəfərin 5 min 500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 42 yaşlı N.Abdullayeva və 26 yaşlı S.Abdullayev saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































