Xəbər verdiyimiz kimi Vüsal Yusif oğlu Aslanov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Bizim.Media Metropolitenin yeni sədrinin dosyesini təqdim edir:
Vüsal Aslanov 1981-ci ildə Sumqayıt şəhərində anadan olub.
O, 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
2007-ci ildə həmin universitetin Mülki və Təsərrüfat Hüquqi fakultəsini fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsinə yiyələnib, 2020-ci ildə isə "Maastricht School of Management"i bitirib.
V. Aslanov 2004-cü ildən "Azərinşaatservis” MMC-də hüquq müşaviri vəzifəsində, daha sonra Biznes İnkişafı Departamentinin direktoru vəzifəsində çalışıb.
2005-2006 illərdə Hərbi Xidmət keçən V. Aslanov 2006-2013-cü illərdə "Azərinşaatservis” MMC-nin Korporativ əlaqələr və Hüquq Departamentinin direktoru, İdarəetmə və hüquqi işlər üzrə direktor müavini vəzifələrində işləyib.
O, 2010-2014 illərdə "Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub. 2013-2015 illərdə "Azərcon” ASC-nin direktoru, 2014-2015 illərdə "Retro-Park” MTK-nin sədri kimi fəaliyyət göstərib.
09.10.2015-ci il tarixindən 20.07.2016-cı il tarixədək "Azərbaycan Dəmir Yolları” QSC-nin Sədrinin müşaviri, 2016-cı ilin sentyabr ayından etibarən "Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsində çalışıb.
Evlidir, 3 övladı var.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:35 / 20.12.2024
Prezidentin vəzifə verdiyi Vüsal Aslanov kimdir? - DOSYE
Hazırda oxunan: Prezidentin vəzifə verdiyi Vüsal Aslanov kimdir? - DOSYE
Hazırda oxunan: Prezidentin vəzifə verdiyi Vüsal Aslanov kimdir? - DOSYE
226244
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.