Tovuzda 20-yə yaxın şagirdin tüstüdən zəhərlənməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Tovuzda 20-yə yaxın şagirdin tüstüdən zəhərlənməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Tovuzda 20-yə yaxın şagirdin tüstüdən zəhərlənməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

225997

Xəbər verildiyi kimi Tovuzda kütləvi zəhərlənmə faktı qeydə alınıb. Hadisə rayonun Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində baş verib. Məktəbin 15-dən artıq şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

İlkin məlumata görə, zəhərlənməyə məktəbin qızdırılmasında istifadə olunan soba səbəb olub. Onların tüstüdən zəhərləndiyi bildirilir.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən Bizim.Media-ya bildirilib ki, Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması tüstülünməyə səbəb olub:

“Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər. Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerindədir.

Tüstülənmə nəticəsində 20-nəfərə yaxın şagird özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır.

Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO