
- A-
- A
- A+
Cəmiyyət
10:55 / 17.12.2024
Dəm qazından ölən vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Hazırda oxunan: Dəm qazından ölən vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
225625
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Xəbər verdiyimiz kimi, Beyləqanda ər-arvad dəm qazından boğulub. Hadisə zamanı 1966-cı il təvəllüdlü Bakir Məmmədov vəfat edib, həyat yoldaşı Şəlalə Məmmədova isə xəstəxanaya yerləşdirilib.
Bizim.Media modern.az-a istinadən xəbər verir ki, Bakir Məmmədov Bünyadlı kənd mədəniyyət evinin müdiri vəzifəsində çalışırmış.
Cütlüyün 2 qızı və 1 oğlu var. Övladları hadisə zamanı evdə olmayıblar.
Məlumata görə, ər-arvadla ötən gün ərzində əlaqə saxlamaq mümkün olmayıb. Qonşular evə daxil olan zaman Bakir Məmmədovun həyatını itirdiyini, yoldaşının vəziyyətinin isə ağır olduğunu görüblər.
1974-cü il təvəllüdlü həyat yoldaşı Şəlalə Məmmədova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































