Şəki sakinləri QORXU İÇİNDƏ – 4 nəfər canavarın hücumuna MƏRUZ qaldı - FOTO

Şəki sakinləri QORXU İÇİNDƏ – 4 nəfər canavarın hücumuna MƏRUZ qaldı - FOTO

Hazırda oxunan: Şəki sakinləri QORXU İÇİNDƏ – 4 nəfər canavarın hücumuna MƏRUZ qaldı - FOTO

225138

Bu gün səhər saatlarında Şəkinin Şorsu, Cumakənd və digər ərazilərində canavar insanlara hücum çəkərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, canavar hücumu səhər satlarından sakinlərin evdən işə, məktəblilərin isə dərsə getdiyi vaxtlara təsadüf edib.

Canavar əvvəlcə Şorsu kəndində ata-oğul İsayevlərin qarşısına çıxıb və onlara hücum çəkib.

Seymur İsayevin sözlərinə görə küçə qapısından 25-30 metr aralandıqdan sonra qarşıdan it gəldiyini hesab edib. Lakin yaxına çatanda və hücuma məruz qalandar görüb ki, canavardır və yetərincə güclüdür.

“Uşağı məktəbə aparıb ordan da işə gedəsiydim. Elə gedən yerdə canavar hücum elədi , zorbəla ilə yaxamızı qurtardıq., özümə xəsarət yetirdi, allahın izni ilə uşağa xəsarət yetirməyə qoymadım” deyən Seymur əlavə edir ki, canavar oğlu Siracın məktəbli çantasını dağıdıb.

Oğlu və nəvəsinin canavar hücumuna məruz qaldığını eşidən Cuma İsayev fermadan evə tələsib. Dediyinə görə hətta yolda canavarı da görüb. Cuma İsyaev oğlunu və nəvəsini xəstəxanaya gətirərkən üzləşdiyi çətinlikdən bəhs edir.

“Gəldim uşağı götürüb apardım xəstəxanaya. Biri deyir anket gətir, digəri başqa sənəd istəyir.


Sonra başqa bir şöbəyə göndərdilər. Həmin vaxt mən özümü saxlaya bilmədim və əsbləşdim ki, ay insanlar bu adama quduz canavar xəsarət yetirib. Bir yardım edin. Iynə vurun sonra sənəd məsələsinə baxarıq” deyən Cuma İsayev burda bir atalar məsəlini də unutmur- “Keçi can hayında, qəssab piy axtarır... ”

sakini Yusif İsgəndərov da zərərçəkənlərdən biridir. Deyir canavar onun həyətinə daxil olub. Həyətdəki it canavara mane olmaq istəyəndə onu yaralayıb və boğub. Daha sonra canavar xırdabuynuzlu heyvanlara hücum çəkib. Bu zaman ailə üzvləri səs saldığından canavar oradan uşaqlaşıb.

Bir saat sonra canavar Cumakəndin inzibatı ərazisinə daxil olan Palement kənddə peyda olub və təsərrüfatından mal-qara üçün ot aparan Səfərəli Həsənova hücum edib. “ Qapını bağlayıb gedəndə canavar mənə hücum etdi. Sağ qolum bir az zədələndi, müqavimət göstərə bilmədim.


Çox əlləşdik, nəysə əlimdən çıxdı getdi”- deyən 69 yaşlı Səfərəli kişi bildirir ki, o canavar barədə tədbir götrülməsə, yenə insanlara hücum çəkəcək, xəsarət yetirəcək.

Qeyd edək ki, hər dörd şəxs Şəki Rayon Mərkəzi xəstəxanasına müraciət edib. Zərərçəkənlərin hər birinə quduzluq əleyhinə vaksinlər vurulub və ambulator müalicə üçün evə yola salınblar.

Şorsu, Cumakənd və Palment kəndlərinin sakinləri hər an səksədə olduqlarını, quduzlaşan canavarın yenidən kəndə hücum edə biləcəyinindən narahatdırlar. Sakinlər məsələ ilə əlaqədar yerli bələdiyyə və icra orqanlarını məlumatlnadırdıqlarını bildirsələr də hələlik heç bir tədbir görülməyib.
 


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO