Namiq Nəbiyevə vəzifə verildi

Namiq Nəbiyevə vəzifə verildi

Hazırda oxunan: Namiq Nəbiyevə vəzifə verildi

224760

Sabunçu Tibb Mərkəzinin tabeliyindəki Maştağa Xəstəxanasına yeni baş həkim təyin edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
 

Əmrə əsasən, Namiq Nəbiyev sözügedən vəzifəyə gətirilib.


Məlumata görə, Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova bu gün xəstəxanaya gedib və yeni baş həkimi kollektivə təqdim edib.

Qeyd edək ki, Namiq Nəbiyev uzun illər Sabunçu Tibb Mərkəzinin Yoluxucu xəstəliklər şöbəsinin müdiri, həkim-infeksionist kimi fəaliyyət göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO