Lənkəranda tapılan qadın meyitinin kimliyi müəyyən edilib.
Bizim.Media xəbər verir ki, Lənkəran rayonunda tapılan qadın meyitinin şəxsiyyəti müəyyənləşdirilib.
Məlum olub ki, həmin şəxs rayonun Bürcəli kənd sakini, 1974-cü il təvəllüdlü Səidə Əbdül qızı Səfərovadır. İlkin məlumatlara görə, Səfərova uzun müddətdir zob xəstəliyindən əziyyət çəkirmiş.
Hadisə ilə bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır. Fakt üzrə təfərrüatlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Sabutay, Bizim.Media,Cənub bürosu