Zaqataladakı bıçaqlanmanın TƏFƏRRÜATI - FOTO

Zaqataladakı bıçaqlanmanın TƏFƏRRÜATI - FOTO

Hazırda oxunan: Zaqataladakı bıçaqlanmanın TƏFƏRRÜATI - FOTO

224443

Zaqataladakı bıçaqlanmanın təfərrüatı bilinib. 

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, Seymur Əsgərov ilkin ifadəsində mübahisə zamanı Rasim Əhmədovun nalayiq söyüşlər işlətdiyini və bu səbəbdən həmkəndlisini bıçaqladığını bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Zaqatalada 30 yaşlı şəxs bıçaqlandı


Qeyd edək ki, hadisə rayonun Mosul kəndində baş verib. Kənd sakinləri olan 24 yaşlı Seymur Əsgərov və 30 yaşlı Rasim Əhmədov bir yerdə yeyib-içdikdən sonra kəndin ərazisində şəxsi münasibətlər zəminində aralarında mübahisə düşüb.

Mübahisə zamanı Seymur Əsgərov bıçaqla Rasim Əhmədova xəsarət yetirib.

Hadisə zamanı xəsarət alan Rasim Əhmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Seymur Əsgərov saxlanılıb. Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir. 








Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO