“Fuad Poladov sübut etdi ki, şəxsiyyət nədir və hansı zirvədə dayana bilər”

“Fuad Poladov sübut etdi ki, şəxsiyyət nədir və hansı zirvədə dayana bilər”

Hazırda oxunan: “Fuad Poladov sübut etdi ki, şəxsiyyət nədir və hansı zirvədə dayana bilər”

223972
“O, heç kimə əyilmədi. Sübut etdi ki, insan qüruru, şəxsiyyəti nədirxa0 və hansı zirvədə dayana bilər”.xa0

Bunu Moderator.az-a açıqlamasında filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli xalq artisti Fuad Poladovun ölüm xəbərinə münasibət bildirərkən deyib. Q.Məhərrəmli bildirib ki, Fuad Poladov sübut etdi ki, insanlar istənilən davranışlarında yox deməyi bacarırlar:

“Azərbaycan teatr və kino tarixində Fuad Poladovun xüsusi yeri var. Həm də vətəndaş kimi Azərbaycan cəmiyyətində o, ləyaqətli bir insan idi. Hesab edirəm ki, həm peşakar aktyor kimi, həm də ləyaqətli şəxsiyyət kimi tanınmaq cəmiyyətdə hər kəsə nəsib olmur. Fuad Poladovun həm sənət kriteriyaları, həm də ekranda yaratdığı obrazları öz şəxsində ifadə edən sənətkarlardan biridir. Ona görə də cəmiyyətdə onun çox böyük nüfuzu var idi.xa0 O, cəmiyyətə sübut etdi ki, insanlar istənilən davranışlarında yox deməyi bacarırlar. O, həm də aktyor peşəsinin daşıyıcısı kimi cəmiyyətdə ən yüksək mövqe tuta bilib. F.Poladov bizim Azərbaycan teatr tarixində həm bir yaradıcı insan kimi, həm də şəxsiyyət kimi parlaq iz qoyub. Bu xəbəri çox kədərlə qarşıladım. Əlaqələrimiz var idi, son günlərinə qədər hal-əhval tuturduq”.xa0

Qulu Məhhərmli Fuad Poladovun “Qurda qapısı” qəbristanlığında dəfn olunmasına da münasibət bildirib:

“Mənə elə gəlir ki, kiminsə hardasa dəfn olunmağının önəmi yoxdur. Fuad Poladov xəstəliyi dövründə yaşamağı ilə də insanlara çox şeyi sübut etdi. Onun yaşadığı yer insanların ürəyidir. O, heç kimə əyilmədi. Sübut etdi ki, insan qüruru, şəxsiyyəti nədirxa0 və hansı zirvədə dayana bilər”.xa0

Vasif Əlihüseyn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO