Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb – DİN

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb – DİN

Hazırda oxunan: Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb – DİN

223972

Dekabrın 5-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 117, o cümlədən borclu şəxs qismində axtarışda olan 83 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO