Dərsə gedən müəllimlər qəzaya düşdü: XƏSARƏT ALANLAR VAR

Dərsə gedən müəllimlər qəzaya düşdü: XƏSARƏT ALANLAR VAR

Hazırda oxunan: Dərsə gedən müəllimlər qəzaya düşdü: XƏSARƏT ALANLAR VAR

223802

Oğuzda baş verən qəzada 3 nəfər xəsarət alıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun Kərimli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Oğuz rayon sakini, 1963-cü il təvəllüdlü Şahin Qəzənfər oğlu Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobil yoldan çıxaraq ağaca dəyib.

Nəticədə sürücü, onun həyat yoldaşı 1963-cü il təvəllüdlü Esmira Fikrət qızı Məmmədova və avtomobildə olan daha bir qadın sərnişin xəsarət alıb.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, qəzada xəsarət alan Esmira Məmmədova və avtomobildə olan digər qadın məktəblərin birində müəllim işləyirlər. Qəzanın Şahin Məmmədovun həyat yoldaşını məktəbə apararkən baş verdiyi bildirilib.


Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO