Bakının Nərimanov rayonunda dava zamanı qadın xəsarət alıb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə iaşə obyektində qeydə alınıb.
1963-cü il təvəllüdlü M.Əliyeva kafedə tanışı ilə əlbəyaxa dava edib.
Qadınlar arasında düşən dava zamanı M.Əliyeva xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt üzrə Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Bizim.Media