
- A-
- A
- A+
Cəmiyyət
17:11 / 24.05.2021
Əhaliyə xəbərdarlıq edildi - Sel olacaq
Hazırda oxunan: Əhaliyə xəbərdarlıq edildi - Sel olacaq
22220
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Mayın 25-i gündüzdən 27-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, mayın 25-i axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 27-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir.
Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































