Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1969-cu il təvəllüdlü E.Huseynov və onun həyat yoldaşı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal hər iki xəstəyə yardım edilib və onların vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə hadisəni E.Huseynovun bacısı oğlu törədib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media