Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək.
Bizim.Media xəbər verir ki, bu barədə BBAK məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Bakı metrosunun iş rejimi DƏYİŞƏCƏK - SƏBƏB
Bildirilib ki, 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 7-14 noyabrda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bizim.Media