Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ölkənin səhiyyə nazirinin birinci müavini Vladimir Zelenski ilə soyadı ilə bağlı zarafat edib.
Bizim.Media xəbər verir ki, zarafat nazirin Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə eyni soyadı daşıması ilə bağlı olub.
O, Federasiya Şurasının plenar iclasında məmura müraciət edərkən soyadına diqqət çəkib.
“Soyadınızdan o qədər də bəxtiniz gətirməyib, bu barədə şanslı deyilsiniz. Bunu heç yerdə ucadan deməyin” – deyə Matviyenko nazirə gülərək deyib.
Nazir isə sadəcə əllərini yuxarı qaldırıb və cavabında gülüb.
Bizim.Media