Özünü özəl mühafizə polisi kimi təqdim edən Ülvi Bədəlov bir nəfəri işə düzəltmək adı ilə 5100 manat pulunu mənimsəyib.
Bu barədə zərərçəkmiş Əliyeva Nahidə Zinhar qızı Bizim.Media-ya müraciət edib.
Nahidə Əliyeva bildirib ki, onun kürəkəni ilə Ülvi Bədəlov tanış olublar. Ülvi ona lazım olsa, qohumlarını işə düzəldə biləcəyini bildirib.
Elə hər şey bundan sonra başlayıb.
Nahidə Əliyeva oğlunu işə düzəltmək üçün Ülvi Bədəlova müraciət edib. O, bu iş üçün Nahidə Əliyevadan 5100 manat pul istəyib. Nahidə Əliyeva pulun bir hissəsini ona verib. Digər hissəsini isə verəndə əlində sübut olsun deyə həmin görüntüləri lentə alıb. Ülvi Bədəlov ona 10 gün müddətində oğlunun işə çıxacağını deyib. Amma Nahidə Əliyeva nə qədər gözləsə də, Ülvidən bir xəbər çıxmayıb. Dəfələrlə ona müraciət etsə də, heç bir nəticə olmayıb.
Bundan sonra Nahidə Əliyeva polisə müraciət edib.
Sözügedən şikayətlə bağlı Ülvi Bədəlovla əlaqə yaratmaq cəhdlərimiz isə nəticəsiz qalıb.
Daxili İşlər Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq isə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır və tezliklə məlumat veriləcək.
Hürü Əliyeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:20 / 30.10.2024
İşə düzəltmək adı ilə qadının 5 min manatını MƏNİMSƏDİ – VİDEO
Hazırda oxunan: İşə düzəltmək adı ilə qadının 5 min manatını MƏNİMSƏDİ – VİDEO
Hazırda oxunan: İşə düzəltmək adı ilə qadının 5 min manatını MƏNİMSƏDİ – VİDEO
218479
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.