Dələduzluq edən məktəb direktoruna cinayət işi açıldı

Dələduzluq edən məktəb direktoruna cinayət işi açıldı

Hazırda oxunan: Dələduzluq edən məktəb direktoruna cinayət işi açıldı

21755

Abşeron rayonunda işə düzəltmək adı ilə vətəndaşdan pul alıb mənimsəyən məktəb direktoru ilə bağlı cinayət işi başlanılıb.

Abşeron rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərova etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə vətəndaşdan qızını Bakı şəhəri ərazisində yerləşən məktəblərin birində ixtisası üzrə işlə təmin edəcəyini vəd etməklə 7 min manat məbləğində pul vəsaitini almaqla dələduzluq edib.
 

MÖVZU İLƏ BAĞLI:

30 nəfərdən rüşvət alan məktəb direktoru İŞDƏN ÇIXARILDI - ÖZƏL


Qeyd edilən fakt üzrə Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi təmin ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO