Oğlana yubka geyindirmək istədi, qızla...– Azərbaycanda ŞOK HADİSƏ

Oğlana yubka geyindirmək istədi, qızla...– Azərbaycanda ŞOK HADİSƏ

Hazırda oxunan: Oğlana yubka geyindirmək istədi, qızla...– Azərbaycanda ŞOK HADİSƏ

21735

21 dekabr 2020-ci il tarixində Bərdə rayonunun Gərənə kəndində polis əməkdaşı Mehdi Məmmədovun (şərti adlı) tanışı, 1998-ci il təvəllüdlü Nazim Əliyev (şərti adlı) tərəfindən bıçaqlanması hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılmış işin məhkəmə istintaqı zamanı maraqlı faktlar üzə çıxıb.
 

Bəlli olub ki, Nazimlə Mehdi hadisədən 5-6 ay əvvəl tanış olublar. Belə ki, Mehdi Nazimdən münasibətdə olduğu Aysel (şərti adlı) adlı qızla əlaqəsinin kəsməsini, onunla heç bir münasibət saxlamamasını tələb edib.


Polis əməkdaşı olan Mehdinin tələbini yerinə yetirməkdən imtina edən 22 yaşlı oğlan münasibəti yalnız qızın istəyi ilə kəsə biləcəyini deyib. Bundan sonra Mehdi həmin oğlana bir neçə dəfə zəng edərək növbəti dəfə görüşmək istədiyini deyib və telefonda dəfələrlə onu təhqir edib. Lakin Nazim ona baş qoşmaqdan yayınıb.

Nəhayət Mehdi Nazimlə ortaq tanışları olan Elmandan onu görüşə gətirməsini xahiş edib və telefon düzəltdirmək bəhanəsi ilə Elman Nazimi görüşə çağırıb. Lakin bir qədər sonra Elman fikrindən daşınıb.

O, Nazimə zəng edərək görüşə gəlməməsini, Mehdinin əlində yubka olduğunu və onu Nazimə geyindirmək istədiyini deyib.

Təhqir olunduğunu görən Nazim daha sonra özü Mehdiyə zəng edərək görüşəcəyini deyib. Onlar saat 16 radələrində kəndin girəcəyində, Divanlı kəndi yaxınlığındakı meşəlik istiqamətində görüşmək qərarına gəliblər.

Bu zaman Mehdi tanışının sürdüyü BMW markalı avtomobillə Nazimin olduğu “VAZ 2106”nın qarşısını kəsib. O, Nazimdən maşından düşməsini, ona yubka geyindirəcəyini deyib.
 

Daha sonra tərəflər əlbəyaxa olublar və Nazim özü ilə gətirdiyi bıçaqla Mehdinin qoltuq altı nahiyəsinə bir zərbə endirib. Bundan sonra Nazim qaçmağa başlayıb və Mehdi onu təqib etməyə, kərpiclə vurmağa çalışıb. Lakin taqəti tükəndiyindən o, Nazimə çata bilməyib.


Hadisədən sonra Nazim polis şöbəsinə, Mehdi isə xəstəxanaya yollanıb.

Məhkəməmnin qərarı ilə hadisəni törədən N.Ə 3 il müddətinə azadlıqdan məhrum edilib.(publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO