Bakıdan Laçına bu gün ilk avtobus yola düşdü - FOTO-VİDEO

Bakıdan Laçına bu gün ilk avtobus yola düşdü - FOTO-VİDEO

Hazırda oxunan: Bakıdan Laçına bu gün ilk avtobus yola düşdü - FOTO-VİDEO

215817

Bakı-Laçın istiqaməti üzrə bu gün ilk avtobus yola düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə fotolar Telegram kanallarında yerləşdirilib.

Xatırladaq ki, bir tərəfə gediş haqqı 16,2 manatdır.

Bu reys üzrə Zəngilan rayonunun Ağalı kəndi aralıq məntəqə kimi müəyyən edilib. Bakı-Zəngilan (Ağalı) aralıq məntəqəsi üçün biletin qiyməti 13,90 manatdır.

Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar.

Qeyd edək ki, biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO