Son altı ayda ölkəmizə ən çox bu ölkələrdən turist gəlib - SİYAHI

Son altı ayda ölkəmizə ən çox bu ölkələrdən turist gəlib - SİYAHI

Hazırda oxunan: Son altı ayda ölkəmizə ən çox bu ölkələrdən turist gəlib - SİYAHI

211266

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 183 ölkədən 1 milyon 748 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 30,1 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, gələnlərin 28,7 faizi Rusiya Federasiyası, 16,2 faizi Türkiyə, 9,2 faizi Hindistan, 8,1 faizi İran, 4,4 faizi Səudiyyə Ərəbistanı, 4,0 faizi Gürcüstan, 3,3 faizi Qazaxıstan, 2,8 faizi Pakistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,7 faizi Özbəkistan, 1,5 faizi Çin, hər birindən 1,4 faiz olmaqla Küveyt və Ukrayna, hər birindən 1,2 faiz olmaqla İsrail, Türkmənistan və Oman, 1,0 faizi Belarus, 10,9 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,4 dəfə, Cənubi Koreyadan - 2,2 dəfə, Çindən - 2,0 dəfə, İspaniyadan - 1,8 dəfə, Qırğızıstandan - 1,6 dəfə, Filippindən - 1,6 dəfə, Qazaxıstandan - 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, İordaniyadan - 1,5 dəfə, Omandan - 49,6 faiz, İrandan - 42,1 faiz, İtaliyadan - 35,0 faiz, Polşadan - 33,7 faiz, Səudiyyə Ərəbistanından - 31,4 faiz, Türkmənistandan - 30,3 faiz, Yəməndən - 28,1 faiz, Misirdən - 26,7 faiz, Küveytdən - 23,8 faiz, ABŞ-dan - 21,6 faiz, Özbəkistandan - 20,9 faiz, Ukraynadan - 18,9 faiz, Türkiyədən - 18,8 faiz, Almaniyadan - 18,6 faiz, Rusiya Federasiyasından - 17,7 faiz, Fransadan - 12,6 faiz, Gürcüstandan - 10,9 faiz, Moldovadan - 10,9 faiz, Tacikistandan - 10,8 faiz, Bəhreyndən - 10,5 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 10,1 faiz artıb.

2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 34,5 faiz artaraq 307,2 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 27,5 faiz artaraq 67,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,5 faiz artaraq 663,6 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,6 faizi hava, 23,2 faizi dəmir yolu və avtomobil, 1,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO