Gəncədə yaşayış binasında YANĞIN – VİDEO/YENİLƏNİB

Gəncədə yaşayış binasında YANĞIN – VİDEO/YENİLƏNİB

Hazırda oxunan: Gəncədə yaşayış binasında YANĞIN – VİDEO/YENİLƏNİB

209740

Gəncə şəhərində yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının binanın 3-cü mərtəbəsindəki ikiotqalı mənzilin mətbəx hissəsində baş verdiyi müəyyən edilib. 

"Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 76 kv.m. olan ikiotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 15 kv.m. sahədə yanıb. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub", - məlumatda qeyd olunub. 

*** 10:56

Gəncədə yanğın hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, şəhər ərazisində 9 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin mətbəxində anidən yanğın başlayıb.

Dərhal əraziyə FHN-nin yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO