Qobustanlı seçicilərdən Şahin Seyidzadəyə dəstək – FOTO/VİDEO

Qobustanlı seçicilərdən Şahin Seyidzadəyə dəstək – FOTO/VİDEO

Hazırda oxunan: Qobustanlı seçicilərdən Şahin Seyidzadəyə dəstək – FOTO/VİDEO

208612

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsindən namizəd Şahin Seyidzadə Qobustan rayonunda seçicilərlə görüşlərə davam edir. 

Bizim.Media xəbər verir ki, deputatlığa namizədin 26 avqust 2024-cü il tarixində növbəti görüşləri rayonun Cəmcəmli, Sədəfli, Bədəlli, Poladlı, Yekəxana, Təsi kəndlərinin və Üzümçü qəsəbələrində baş tutub. 


Şahin Seyidzadə görüşlərdən öncə qəhrəman şəhidlərimizin məzarlarını ziyarət edib. 

O, görüşlərdə sakinlərin və təkliflərini dinləyib, seçiciləri maraqlandıran mövzular ətrafında müzakirələr aparıb. 

Görüşlərdə iştirak edən seçicilər Şahin Seyidzadəyə dəstəklərini ifadə ediblər.

Qeyd edək ki, Şahin Seyidzadə VI çağırış Milli Məclisin deputatı olub. O, 2022-ci ilin 3 mart tarixindən bəri İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədridir. 









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO