Sabunçuda evdə köməksiz qalan uşaq belə xilas edildi - VİDEO

Sabunçuda evdə köməksiz qalan uşaq belə xilas edildi - VİDEO

Hazırda oxunan: Sabunçuda evdə köməksiz qalan uşaq belə xilas edildi - VİDEO

207974

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində bir nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Bizim.Media bu barədə FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub. 

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış 2013-cü il təvəllüdlü uşağı xilas ediblər. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO