Poliklinikalarda “HƏRC-MƏRCLİK” - 18 yaşa qədər pulsuz verilən arayışı niyə 40 manata satırlar?

Poliklinikalarda “HƏRC-MƏRCLİK” - 18 yaşa qədər pulsuz verilən arayışı niyə 40 manata satırlar?

Hazırda oxunan: Poliklinikalarda “HƏRC-MƏRCLİK” - 18 yaşa qədər pulsuz verilən arayışı niyə 40 manata satırlar?

207402

Yeni tədris ilinin başlamasına bir aydan az vaxt qalıb. Hər il olduğu kimi bu il də birinci sinfə və məktəbəhazırlıq qruplarına şagird qəbulu davam edir. Valideynlərdən tələb olunan sənədlər arasında uşağın sağlamlığı haqqında tibbi arayış da (forma 26U) yer alır.

Bunun üçün valideynlər azyaşlının qeydiyyatda olduğu poliklinikalara müraciət etməli və lazımi müayinələrdən keçərək arayış əldə etməlidirlər. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda poliklinika binası narkomanların məskəninə çevrilib - VİDEO


Uşaqlara tibbi arayış pulsuz verilsə də, bəzi valideynlər bizə müraciət edərək onlardan arayış üçün 40 manat tələb edildiyini yazırlar. Valideynlər iddia edirlər ki, Suraxanı rayonu 24 saylı şəhər poliklinikası hər arayışa görə valideynlərdən 40 manat alır. 


Məsələ ilə bağlı sözügedən tibb müəssisəsi ilə əlaqə saxladıq. 24 saylı şəhər poliklinikasından Bizim.Media-ya məlumatı təkzib edib, arayışın tamamilə pulsuz verildiyini bildirdilər:

“Bizdə işə girmək üçün verilən sağlamlıq haqqında arayış 40 manatdır. Uşaqlar üçün pulsuzdur. Bu qədər valideyn gəlir, hamı da pulsuz keçir. Uşaqlar qan, sidik analizi verirlər, UZİ -dən keçirlər, nevropotoloq, cərrah qəbulunda olurlar. Əgər hansısa həkim məzuniyyətdədirsə, valideyn başqa poliklinikaya yönləndirilir”.

Xatırladaq ki, qanunvericiliyə görə 18 yaşa qədər uşaqların bütün növ arayışları, həmçinin, hərbi xidmətə çağırılanların müayinəsi pulsuz, icbari tibbi sığorta təminatındadır. Sürücülük vəsiqəsi almaq və işə qəbul zamanı tələb olunan tibbi arayış isə ödənişli, yəni 40,12 AZN təşkil edir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO