32 ildən sonra qalıqları tapılan şəhid Salyanda dəfn edildi - FOTO

32 ildən sonra qalıqları tapılan şəhid Salyanda dəfn edildi - FOTO

Hazırda oxunan: 32 ildən sonra qalıqları tapılan şəhid Salyanda dəfn edildi - FOTO

206783

Yarıyev Qənbər Teymur oğlu Birinci Qarabağ müharibəsində könüllü olaraq Vətənin müdafiəsi üçün döyüşlərə qoşulmuşdu. 32 ildən sonra şəxsiyyəti dəqiqləşdirilən Qənbər Yarıyevin nəşinin qalıqları isə doğma yurdu Salyanda torpağa tapşırılıb. 

Bizim.Media-nın bölgə müxbiri xəbər verir ki, şəhid Qənbər Yarıyevin nəşi Salyan sakinləri tərəfindən izdihamla qarşılanıb, doğulub boya-başa çatdığı və ailəsinin yaşadığı evə gətirilib. 

Şəhidlə vida mərasimi təşkil olunub, cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub. Mərasimdə şəhidin ailə üzvləri ilə bərabər rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.

Vida mərasimindən sonra şəhidin nəşin qalıqları dəfn üçün Şəhidlər xiyabanına gətirilib, yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb. 

Qeyd edək ki, Yarıyev Qənbər Teymur oğlu 1966-ci ildə Salyanda dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qoşulub. 1992-ci il yanvarın 26-da Şuşa rayonu Daşaltı kəndi ərazisində gedən döyüşlər zamanı itkin düşüb. Onun nəşinin qalıqları Daşaltı kəndindəki kütləvi məzarlıqda aşkarlanıb. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO