Azərbaycan Rəqabət Məcəlləsini bu il qəbul edəcək

Azərbaycan Rəqabət Məcəlləsini bu il qəbul edəcək

Hazırda oxunan: Azərbaycan Rəqabət Məcəlləsini bu il qəbul edəcək

206231
“Biz çalışdıq ki, Milli Məclisin 2017-ci il payız sessiyasının gündəliyinə Rəqabət Məcəlləsini daxil edək. Dedilər ki, Prezident Administrasiyasında bu məsələyə baxılır”x9d.xa0

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat bildirib ki, ona verilən məlumata görə, Rəqabət Məcəlləsi 2018-ci ildə parlamentin iclasının gündəliyinə daxil ediləcək.xa0

“2018-ci ildə Azərbaycanda Rəqabət Məcəlləsi qəbul ediləcək. Rəqabət yaradacaq məhsulların davamlı istehsalını təmin etmək, ixrac yönümlü məhsulların istehsalını təşkil etmək üçün mütləq Məcəllə qəbul edilməli, inhisarçılıq aradan qaldırılmalıdır. Rəqabət Məcəlləsi bütün dünyada qəbul olunub”x9d.xa0

Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə prezident tərəfindən Milli Məclisə təqdim edilib. Bu qanun layihəsi iki oxunuşdan keçsə də, hələ ki 3-cü oxunuşa təqdim edilməyib.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO