Dağda itkin düşən alpinistin teleaparıcı bacısından tutarlı irad...

Dağda itkin düşən alpinistin teleaparıcı bacısından tutarlı irad...

Hazırda oxunan: Dağda itkin düşən alpinistin teleaparıcı bacısından tutarlı irad...

206014
“Xahiş edirəm, səhvim varsa, düzəldin. Bir idman klubu alpinistlərini dağın təpəsinə göndərir və bunların üstündə yalnız telefon olur?! Dünyanın harasında belədir?!”x9dxa0

Bunu “Gilavar”x9d - hava və ekstrim idman klubunun itkin düşmüş üzvlərindən olan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı, polis leytenantı Babur Hüseynovun bacısı tanınmış teleaparıcı Cəlalə Nəzəroğlu Facebook səhifəsində yazıb.xa0

Onun sözlərinə görə, belə təhlükəli səfərlərə çıxanların radio-ötürücüsü və başqa avadanlıqları olmalıdır.xa0

Hər an bu adamlar uçqunun altında qala və ya uçurumdan yarğana düşə bilməzdimi? Necə olur ki, ailə əlaqənin kəslidiyini idman klubundan əvvəl bilir və özü aidiyyatı quruma müraciət edir? Bəyəm pilotların radardan itdiyini anası təqib edir?xa0
Yoxsa mənzil başına çatana kimi xüsusi izlənilir?xa0

Bütün günü saytlara telefonla müsahibə verən o qaqaş da, idman klubunun adı da kifayət qədər tanındı. Bundan bizə nə? Nədir bu qeyri-peşəkarlıq?”x9d, - Cəlalə Nəzəroğlu bildirib.xa0

Xatırladaq ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar”x9d - hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Onların axtarışları DSX, FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət komanda tərəfindən həyata keçirilir. Axtarışlara helikopterlər də cəlb olunub.xa0

Onu da bildirək ki, Cəlalə Nəzəroğlu Xəzər TV, ANS TV-də çalışıb. O hazırda ASAN Radioda fəaliyyət göstərir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO