Paris-2024: İspaniyanın futbol üzrə millisi çempion olub - VİDEO

Paris-2024: İspaniyanın futbol üzrə millisi çempion olub - VİDEO

Hazırda oxunan: Paris-2024: İspaniyanın futbol üzrə millisi çempion olub - VİDEO

205934

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışlarının qalibi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, finalda İspaniya millisi Fransa ilə qarşılaşıb.

Görüşün əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda İspaniya yığmasının üzvü Serxio Kamelyonun dublu (100, 120+1) həlledici olub - 5:3. İspaniya komandasından Fermin Lopez də (18, 25) dubla imza atıb. Digər qolu 28-ci dəqiqədə Aleks Baena rəqib qapısından keçirib.

Fransa yığmasından isə Enzo Millot (11) və Maqnes Akliuçe (79) və Jan-Filip Mateta (90+3) fərqlənib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO